…Çin-Azərbaycan əməkdaşlığının əsasını qoyan Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən bu ölkədə azərbaycanlıların təhsil almasına ciddi önəm verirdi. Belə gənclərdən biri də çox nüfuzlu “Pekin Dil və Mədəniyyət Univeristetini”qırmızı diplomla bitirmiş Misir Elbrus oğlu Əhmədovdur-
Michael Misir .
Yeri gəlmişən 1994 cü ildə Çin səddində məhz bu 19 yaşlı gənc Heydər Əliyevə sinxron tərcüməçilik edirdi. Onun atası şair, dramaturq, publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru, naşir və ilahiyyatçı alim Əhməd Elbrus isə Çin səfəri zamanı Böyük Çin Səddində “Heydər Marşı” adlı əsərini səsləndirimişdi.
Bu hadisə Azərbaycan Dövlət Televiziyasının efirində yayımlanmış və vətandaşlar tərəfindən böyük maraqla qarşılanmışdı. “Heydər marşı” şeiri, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına olan əvəzsiz xidmətlərini tərənnüm edən, insanlarımıza vətənpərvərlik ruhu aşılayan möhtəşəm bir akrostrix əsərdir.
Akrostix şeir, hər misranın və ya bəndin ilk hərfləri yuxarıdan aşağıya oxunduqda bir söz, ad, ifadə və ya cümlə əmələ gətirir. Əhməd Elbrusun “Allahü Əkbər -Heydərdir Rəhbər” nidalı “Zəfər Marşı” da bu gün gördüyümüz qüdrətli Azərbaycanın gələcəyinə hesablanmş poetik mənalı mesaj idi…
Rüstəm ƏBÜLFƏTOĞLU