Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 May 2025 / 10:47

Planetin ən yaşlı insanı vəfat etdi

Planetin ən yaşlı insanı hesab edilən braziliyalı rahibə İna Kanabarro Lukas 116 yaş 326 gün yaşında vəfat edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı Porto Aleqre şəhərinin dini icmasına istinadən məlumat yayıb.

Qadın 1908-ci il iyunun 8-də ölkənin cənubundakı San Françesko d’Assisi şəhərində anadan olub.

ABŞ Gerontologiya Tədqiqat Qrupunun (GTQ) məlumatına görə, Lukasın ölümündən sonra ən yaşlı insan Surreydə yaşayan ingilis qadın Ethel Caterham olub. Hazırda onun 115 yaş 252 günlük yaşı var.

Gözlənilən ömür uzunluğu üzrə mütləq rekord – 122 il 164 gün – fransız qadın Jan Kalmentə məxsusdur. Təsdiqlənmiş uzunömürlülükdən danışsaq, burada rekordçu 119 il 107 gün yaşamış yapon Keyn Tanakadır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!