Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“2024-cü ildə ölkədə müsbət miqrasiya saldosu yaranıb. Bu göstərici ölkəni tərk edənlərdən daha çox insanın ölkəyə qayıtdığını göstərir”. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında qeyd edib. O bildirib ki, ölkəni tərk edənlərdən təxminən 850 nəfər çox şəxs ölkəyə daxil olub. Baş nazir qeyd edib ki, hökumətin əsas vəzifələrindən biri siyasi mühacirlərin vətənə dönüşünü təmin etmək, digər tərəfdən isə iqtisadi artımı yüksək səviyyədə saxlamaqdır. O, həmçinin ölkədə demoqrafik vəziyyətin — doğum və nikah-boşanma nisbətlərinin — əlverişli olmadığını və bu sahədə işlərin davam etdiyini bildirib.
İrakli Kobaxidze, həmçinin müxalifətin iqtisadi böhranla bağlı proqnozlarına toxunaraq, bu proqnozların reallaşmadığını və cəmiyyətdə yaradılmaq istənilən neqativ təsəvvürlərin özünü doğrultmadığını qeyd edib.