Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 May 2025 / 19:36

Xaçmazda 73 yaşlı kişi intihar edib

Xaçmazda intihar hadisəsi baş verib.

Tezadlar.az xəbər verir ki, hadisə Xaçmaz rayonu, Xudat şəhəri, Şollar qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 73 yaşlı Bayramov Şamil Sultan oğlunun meyiti yaşadığı evin yaxınlığında olan köməkçi tikilidə asılmış vəziyyətdə aşkar edilib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!