Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Ölkəmizdə ali məktəblərə qəbul prosesinin birinci mərhələsi artıq yekunlaşıb.
Bundan sonrakı prosesdə abituriyentlər blok imtahanlarında iştirak edəcəklər. Cari ildə bir sıra ali təhsil müəssisələrində bəzi dəyişikliklərin olacağı proqnozlaşdırılır.
“Tezadlar.az” xəbər verir ki, bir sıra ali təhsil müəssisələrində yeni ixtisaslar yaradılıb.
Onlardan biri də Bakı Slavyan Universitetidir (BSU).
Mövzu ilə bağlı ali təhsil müəssisəsindən saytımıza bildirilib ki, BSU-da 2025/2026-cı tədris ilində Bakı Slavyan Universitetində Regionşünaslıq (Mərkəzi Asiya ölkələri üzrə) ixtisaslaşması üzrə ilk dəfə tələbə qəbulunun aparılması planlaşdırılır.