Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pakistan Hərbi Hava Qüvvələri daha bir neçə Hindistan təyyarəsini vurub. Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, xəbərinə görə, Pakistanın rəsmi mənbələri də bu faktı təsdiqləyib. Sitat: “Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki “Rafale” və Rusiya istehsalı olan bir “Su-30” qırıcısı daxil olmaqla beş Hindistan təyyarəsini vurub”.
Təyyarələrdən biri Pakistanın “hava-hava” tipli raketi ilə məhv edilib. Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, Hindistana bu dəfəki təcavüzü baha başa gələcək.
Artıq BMT TŞ- nin fövqəladə iclasının çağırılması qərara alınıb. Hindistan ordusu isə geri çəkilməyə məcbur edilib.
A.Məmmədli