Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 May 2025 / 13:36

Doğum Günün Mübarək!

Mənim həyat yoldaşım!
Doğum günün mübarək olsun!
Yaxşı ki, varsan… Yaxşı ki, həyatımızdasan. Sənin varlığın ailəmiz üçün əvəzolunmaz bir nemətdir. Gülüşün evimizin işığı, sözlərin qəlbimizin təsəllisi, varlığın isə hər birimizin ruhuna doğma bir səslə toxunan ilıq nəfəsdir.
Hər günün, hər anın bizim üçün dəyərlidir, amma bu gün – sənin dünyaya gəldiyin gün – ən müqəddəs günlərdən biridir.

Bu əziz və mənalı gündə Tural İsgəndərovun həyat yoldaşı öz sevgi dolu hisslərini ona ithaf etdiyi poetik misralarla ifadə edir. Bu səmimi və duyğusal şeir – yalnız sözlər deyil, bir ömrün dəyərini, minnətdarlığını və saf sevgisini ehtiva edən ürəkdən gələn bir hədiyyədir.

Sən Olmasan

(Bu şeir Tural İsgəndərovun həyat yoldaşına doğum günü münasibətilə ithaf edilib. Misralar, həyat yoldaşının sevgi və dəyər dolu duyğularının təcəssümü kimi, ona bir ömürlük poetik hədiyyə olaraq təqdim olunur.)

Baharda qış olaram,
Sərt xəzanda solaram,
Bulud kimi dolaram —
Ürəyimdə sən olmasan.

İtib dəli sevdada,
Dolaşaram səhrada,
Yaşamaram dünyada —
Ürəyimdə sən olmasan.

Qəlbi sökər parcalar,
Hicran adlı dalğalar,
Qüssə, kədər yurd salar —
Ürəyimdə sən olmasan.

Dəyər qalmaz sözümə,
Çaşar yolum, izimə,
Həyat sönər gözümə —
Ürəyimdə sən olmasan.

Ailə üzvləri də bu sevincə ürəkdən qoşularaq onu səmimi təbrik edir, sağlam, bərəkətli, sevgi dolu bir həyat arzulayırlar.

Biz isə – kollektivimizin yaradıcı heyəti olaraq – bu təbrikə dərin səmimiyyətlə qatılır, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir,
hər yeni gününüzün xoş xəbərlərlə, uğurla, gözəlliklə dolu olmasını diləyirik.

Arzularınız gerçəyə çevrilsin, qəlbiniz daim sevgi ilə dolsun!

 

         Azərbaycan

        Tural İsgəndərovun şeirləri

Torpağının sərvəti var,
Tanrımızın neməti var,
Səndə pələng qüdrəti var —
Fəxr edirik səninlə, hər an,
Azərbaycan, Azərbaycan!

Düşmənin bağrı qandır,
Oğulların qəhrəmandır,
Hər el sənə gülüş tandır,
Aləm olub sənə heyran —
Azərbaycan, Azərbaycan!

Al-əlvandır çölün, düzün,
Hər fəsildə gülür üzün,
Uca dağlar düzüm-düzüm,
Yamaclarda süzür ceyran —
Azərbaycan, Azərbaycan!

Öpüb üçrəng bayrağını,
Qoruyarıq torpağını,
Ram etməkçün sol-sağını
Can verərik sənə qurban —
Azərbaycan, Azərbaycan!

İrmaşlı – Ata Yurdum

Ata yurdum – cənnətimdir, hər qarışın,
Adın müammalı, sirli sehirdir,
Torpağın – qızıldır, lalədir,
Qədərlə ölçülməz qiymətin, İrmaşlım!

Aləm gözəlliyə qalibdirsə əgər,
İki gözəl var: biri dağ, biri də düzən.
Sənin qoynunda yetilib neçə qəhrəman,
Dillərdə dastandır adı İrmaşlının.

Yazıb Yaradan neçə şairi,
İtməz sənət qoyublar yadigar,
Namaz Baytaroğlu açıb sirri,
Hələ çox xəzinən var, İrmaşlım!

Tarixdir bir kiçik daşın belə,
Əyilməz tufana, yelə.
Qiyabi öyrənsəm də hələ —
Köksündə cənnət var, İrmaşlım!

Cənnətin özüdür, bəlkə də bura,
Axır bulaqlar kölgədə dura,
Vətəndən uzaqda neçə ölkədə
Şan-şöhrətin ucalır, İrmaşlım!

Eşit sözlərimi, ey el, oba —
Turala doğmadır bu el, bu oba.
Dönəcəm, gəl desə nəsil-əqrəba,
Gözümün həsrəti var İrmaşlının!

                                                           16.06.2008

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!