Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanda ən çox yayılmış ad və soyadların reytinqi ildən-ilə dəyişir, buna baxmayaraq onlardan bəziləri hələ də birinci mövqeləri tutur. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılmış soyadların siyahısını açıqlayıb.
Beləliklə, məlum olur ki, Gürcüstanda “Məmmədov” və “Beridze” soyadı ən çox rast gəlinən soyad olaraq qalır. Sayları 10 000-dən çox olan soyadların statistikası isə belədir:
● Beridze – 30 113;
● Məmmədov və Məmmədova – 28 872
● Kapanadze – 19 243; ● Gelaşvili – 18 323;
● Maisuradze – 16 004;
● Qiorqadze – 14 205;
● Bolkvadze – 13 185;
● Lomidze – 13 118;
● Tsiklauri – 12 926 və sair.
Azərbaycanda da “Məmmədov” soyadı hələ də üstünlük təşkil edir…
A.Məmmədov