Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 May 2025 / 11:15

Azərbaycanın “Avroviziya 2025” təmsilçiləri bu gün səhnədə yer alacaqlar – “Run with you” video

Bu gün, mayın 13-də Bazeldə “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

TEZADLAR.AZ   xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən “Mamagama” qrupu 10-cu nömrə altında səhnədə çıxış edəcək. Onlar “Run with you” mahnısını ifa edəcəklər.

Azərbaycanla birlikdə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.

Yarımfinalın nəticələrinə əsasən mükafat uğrunda mübarizəni davam etdirəcək 10 finalçı müəyyənləşəcək.

Müsabiqə yerli saatla 23:00-da başlayır.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!