Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 May 2025 / 11:35

Qohum evliliyi ilə bağlı qadağa bu sevdaya düşənlərin nikah sayını artırdı – VİDEO

Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdısa, bu ilin eyni dövründə 7741 nikah və 3414 boşanma qeydə alınıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Xəzər TV süjet yayımlayıb.

Sosioloq Üzeyir Şəfiyev uzun illərdən sonra nikah sayında qeydə alınan artımı qohum evliliyinə qoyulan qadağa ilə əlaqələndirir. Çünki Azərbaycanda qohumlar arasında nikah bağlanması 2 ay sonra qadağan olunur. Nikahların qısa müddətdə artmasında bu qadağanın da təsirinin olduğu iddia edilir.

Millət vəkili Mehriban Vəliyeva isə bildirir ki, bu artımın qohum evlilikləri ilə bağlı olub-olmadığını qadağa qüvvəyə mindikdən sonra daha aydın bilmək mümkün olacaq. Əgər buna görədirsə, qadağa qüvvəyə mindikdən sonra nikah sayında azalma baş verəcək.

Qeyd edək ki, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib. Qadağa iyulun 1-dən qüvvəyə minəcək. Daha ətraflı videoda:

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!