Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 16:25

Paşinyandan təzə xəbər var: “Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və…”

Paşinyanın xarici işlər nazirindən yeni bir açıqlama gəlib. “Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır”, – deyən xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, “Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və tamamlandığını elan ediblər. Diqqətəlayiq haldır ki, bu gün nazirlərin qəbul etdiyi qərarlardan biri bir daha bu mühüm faktı təsdiqləyir və sazişin tezliklə imzalanması, ratifikasiyasına çağırır. Mən Ermənistanın bu yolla təxirəsalınmadan irəliləməyə hazır olduğunu təsdiqləyirəm”.

Yalançının yaddaşı olmaz! Mirzoyan bu sözü bəlkə əlli dəfə deyib, deyilənin axşamı Erməni ordusu atəşkəsi pozub… Belə çıxır ki, Ermənistanın siyasi rəhbərliyi ilə hərbi rəhbərliyi arasında bir-birini eşitməmək var?!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!