Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 19:31

Azərbaycan Ağsaqqallar Şurasının Torqovıdakı biabırçılıqdan xəbəri yoxdur, siz isə İmişli ağsaqqallarını…

… İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun SSRİ bayrağı altında və sinəsində “Georgi lenti” ilə çıxış etməsi ictimaiyyət, eləcə də Azərbaycan Ağsaqqallar Şurası tərəfindən ağsaqqala yaraşmayan bir hərəkət kimi ciddi şəkildə qınanılıb. Saleh Səmədovun bu hərəkətini qəbuledilməz hesab edən Şuranın İdarə Heyəti bu cür atributlardan istifadənin təşkilatın Nizamnaməsinə, mövqeyinə, fəaliyyətinə, eləcə də milli-mənəvi dəyərlərimizə zidd olduğunu bildirərək onu sədr vəzifəsindən azad edib və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən kənarlaşdırıb. …Onun yerinə də elə onun kimisi gətirilib. Çünki Vahid Tağıyev də o mürtecə lenti yaxsına taxanlardan olub. Əgər Vahid kişi də milli hiss olsaydı həmən o tədbiri tərk edərdi….

XXX

Sosial şəbəkələrdə bu iki ağsaqqalı sərt qınama kampaniyası var. Hesab edirik ki, bu qınamada sərtlik var, onlarda günah yoxdur. Birincisi, onları o vəzifəyə təyin edənlər bunu düşünməli idilər. Azərbaycanın Ağsaqqallar Şurası var, sədri kimdir, yəni fəaliyyəti nədən ibarətdir bilinmir. Bilinsəydi, ölkədə narkomanlaşmaya qarşı bu qurumun bir ağsaqqal öyüd- nəsihəti eşidilərdi, fahişələşməyə qarşı sərt səsi çıxardı.
Yaxud, gecə saatlarında fahişəxanaya dönən Fəvvarələr meydanı və Torqovıy küçəsində başımızı aşağı edənlərlə bağlı bir ağsaqqal sözü eşidilərdi, haray səsi göylərə qalxardı. Elə hər şeyi media deməli və yazmalıdır?! Bəs ölkə ağsaqqallarının səsi harda eşidilməlidir?
Eşidilmir, görünmür… İndi iki İmişli ağsaqqalını bir lentə görə az qala daş- qalaq etmək qəti doğru iş deyil…
A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!