MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İstanbulda Ukrayna, ABŞ və Türkiyənin iştirakı ilə üçtərəfli danışıqlar start götürüb.
Bu barədə Ukrayna XİN öz rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İstanbulda Ukrayna, ABŞ və Türkiyə nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar başlayır”, – deyə məlumatda bildirilir.
Rusiyanın nümayəndə heyətinə Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir.
Nümayəndə heyəti artıq mayın 15-dən Türkiyədədir. Ukrayna tərəfindən isə nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Rüstəm Umerov rəhbərlik edir.