Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 May 2025 / 18:35

Hüquqi yardıma ehtiyacı olanların nəzərinə!

Regional Insan Hüquqları və Media Mərkəzi (Regional Human Rights and Media Center) “Konstitusiya və Suverenlik İli”ndə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində 22 may 2025-ci ildə Araz Nurmammadovla birgə Goranboy rayonunda müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan şəxslərə hüquqi konsultasiya xidməti göstərəcək. Ehtiyacı olanlar müraciət edə bilərlər. Vəkil Araz Nurməmmədov tezadlar.az- a bildirib ki,
Müharibə veteranları, qazilər, müharibə iştirakçıları, həmçinin digər həssas qruplardan olan aztəminatlı şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərməyə davam edir: “Növbəti səfərimiz #Goranboy rayonuna olacaq. 22 may 2025-cü ildə saat 11:00-dan etibarən Goranboy rayonunda olacağıq. Səfər zamanı #Goranboy, #Tərtər, #Naftalan, #Yevlax digər ətraf rayonlarda yaşayan şəxslərə hüquqi konsultasiya xidməti göstərə biləcəyik. Müraciət edənlərin istəyinə uyğun vəkil Araz Nurməmmədovla fərdi görüş imkanı da yaradılacaq. Vətəndaşların dövlət qurumlarına, mediasiya qurumuna müraciətlərinin hazırlanması, məhkəmələrə iddia ərizələrinin yazılmasını həyata keçirə biləcəyik. Hüquqi məsləhətə ehtiyacı olanlar bizə yaza, 0702902299 nömrəli telefon və ya vatsapla məlumat verə bilərlər…”.
A.Məmmədıi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!