Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 May 2025 / 16:48

“Anladım, balaca qurbağa!” Ərdoğan gözlənilmədən Makronun barmağından yapışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makronun Albaniyada keçirilən sammitdə əl sıxması anı sosial mediada qızğın müzakirə mövzusuna çevrilib. Prezident Ərdoğan Makronun barmağını tutub və uzun müddət buraxmayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Oda TV məlumat yayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin (ASB) 6-cı sessiyasında iştirak edib.

Sammitə Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla bir çox Avropa liderləri qatılıb.

“Makron əlini prezident Ərdoğanın əlinin üzərinə qoyduqdan sonra Ərdoğan Makronun barmağını buraxmadı. Həmin an kameraya düşüb”, – Oda TV xəbər verir.

Görüntülərdə Makronun barmağını azad etməyə çalışdığı, lakin Ərdoğanın buna imkan vermədiyi görünür. Nəticədə, fransız qolu yarı dönmüş vəziyyətdə bir müddət narahat vəziyyətdə dayanmalı olub. Bütün bu müddət ərzində Makron nəsə deyirdi, Ərdoğan isə sifətinə baxaraq, vəziyyətdən açıq-aydın həzz alaraq təmkinlə dinləyirdi. Çıxışı tərcüməçi tərcümə edib.

Türkiyə lideri daha sonra barmağını buraxıb, Makron isə tez əlini geri çəkib. Bundan sonra Ərdoğan Fransa rəhbərinə bir neçə söz deyib, gülüb və alqışlayıb.

Qeyri-adi video internetdə çoxlu şərhlərə səbəb olub.

“Anladım, balaca qurbağa! — istifadəçilər yazır.

E.ŞİRİNOV

https://www.youtube.com/watch?v=W8ItxyIIExA

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!