Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2025 / 15:44

Prezidentin nəvəsi dünya çempionu oldu

İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva möhtəşəm uğura imza atıb.

Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi sosial media hesabında paylaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 11 yaşlı nəvəsi Əminə Əliyeva light sanda növü üzrə keçirilən yarışda bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb.

Məlumata görə, nüfuzlu yarışda ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidentinin qızı Arzu Əliyeva da yer alıb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!