Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2025 / 15:57

“Qarabağ” mükafatlandırıldı

Futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olan “Qarabağ” komandası mükafatlandırılıb.

Tezadlar.az xəbər verir ki, Ağdam təmsilçisi XXXV turda “Azersun Arena”da “Kəpəz”lə baş tutan oyundan sonra qızıl medallara layiq görülüb. 12-ci dəfə ölkə çempionluğunu təmin etmiş “Qarabağ” komandasına qızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.

Mükafatları futbolçulara AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev və digər rəsmi şəxslər təqdim ediblər.

Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran “Qarabağ” növbəti il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!