Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2025 / 07:35

Bakı- Quba yolu qan çanağına döndü: ölən və yaralananlar bunlardır…

Bakı – Quba yolunun 30-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Abdullayev Samiq Fərhad oğluna məxsus, dayanmış vəziyyətdə olan “MAN” markalı, 77-BT-544 dövlət nömrə nişanlı yük avtomobilinə 2001-ci il təvəllüdlü Həsənov Ramazan Habil oğlunun idarə etdiyi “Mercedes ML” markalı, 77-TB-495 dövlət nömrə nişanlı minik avtomobili çırpılıb.

Qəza nəticəsində sürücü Ramazan Həsənov qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi xəsarətləri alıb. Yük avtomobilinin sahibi Samiq Abdullayevin döş qəfəsində əzik və sağ ayağında sınıq aşkarlanıb.

“Mercedes ML”də sərnişin qismində olan 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!