“Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq qələbəsidir”. Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə liderinin bu fikri Azərbaycanda, eləcə də Türkiyənin özündə ciddi müzakirələrə səbəb olub. Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa Redaktor.az-a mövzu ilə bağlı açıqlamasında bildirdi ki, o, bu məsələdə Ərdoğanın ifadəsində hər hansısa qüsur, nöqsan tapa bilmir. Sitat: “O, Türkiyə dövlətinin başçısıdır. Türkiyə dövlətinin tarixində əldə olunan qələbələrdən danışır və normal bir yanaşma ortaya qoyur. Həm də toplumun ayrı-ayrı etnik elementlərinin birlikdəliyinə siyasi vurğu edir. Bu, tarixi və ya elmi mövzuda çıxış deyil. Bu, siyasi çıxışdır və siyasi çıxışda da toplumda mövcud olan xalqların birlikdəliyinin tarixi dövrlərinə müəyyən dərəcədə ekskursiya edir. Buna görə də belə bir çıxışa hansısa sağlam düşüncəli Azərbaycan vətəndaşının etiraz etməsinin məntiqi izahı yoxdur.
Amma digər tərəfdən qeyd olunmalıdır ki, bizdə kütləviləşmiş savadsız bir tarix anlayışı hakimdir. Əslində yaxınlarda çap olunacaq “Azərbaycan: qaranlıq keçmişdən mədəni tarixə” adlı kitabımda məhz elə bu kimi mövzulara əhatəli izah verilib. Buna görə də etiraz edənlərin böyük əksəriyyəti də məsələnin mahiyyətini başa düşməyən, tariximizdə gəlib-keçmiş hadisələrin hansının faydalı, hansının faydasız olduğunu doğru araşdırmayan insanlardır. Bunlar akademik də olar, elmlər doktoru, elmlər namizədi də ola bilər, adi şəxs də ola bilər. Soruşular ki, müstəqil Azərbaycan dövlətinin vətəndaşı kimi sən nəyə etiraz edirsən? Axı sənin təəssübünü çəkə biləcəyin bir tarixi, bir də müasir dövlətin var. Tarixi dövlətin Azərbaycan Xalq Cümhuriyyəti, müasir dövlətin də yenicə bütövlüyünə qovuşmuş Azərbaycan Respublikasıdır. Ərdoğan Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə nəsə deyib? Ya Azərbaycan Respublikası əleyhinə nəsə deyib? Doğrudanmı unutmusunuz ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını bizim böyük öndərlərlə birlikdə türk ordusu təmin edib? Nuru Paşanın başçılığı ilə ordu gəlməsə idi, biz Bakını və ümumiyyətlə Azərbaycanı necə azad edəcəkdik? Məhz bu addıma görə tariximizdə türk ordusuna minnətdar olanlar qətiyyən bu kimi çıxışlardan narahat olmazlar”.

Fazil Mustafa qeyd etdi ki, türk ordusunun bir qolu 1918-ci ildə Təbrizi girib azad etmişdi. “Xiyabani başda olmaqla İrançı-Səfəvi zehniyyətin sahibi azərbaycanlılar onlara müqavimət göstərdilər və Azərbaycanın güney hissəsinin azad edilməsi missiyası baş tutmadı. Bizim Quzeydəki sağlam düşüncəli azərbaycanlı liderlər isə bu missiyaya bütün varlığı ilə kömək etdilər ki, burada müstəqil dövlət qura bilsinlər. Təkcə 1918-ci ildə deyil, XVI-XIX əsrlərdə də Türk ordusu İrançılığın bayraqdarı olan Səfəvilərdən Azərbaycanı xilas etmək missiyasını da üzərinə götürmüşdü. Bunu Məmməd Əmin Rəsulzadə, Nuru Paşanın Bakını azad etməsinin birinci ildönümü şərəfinə təşkil olunmuş ziyafətdəki çıxışında açıqca qeyd edir ki, ilk dəfə Özdəmir oğlu Osman 350 il öncə gəlib Bakını iranlıların işğalından azad edib. Nuru Paşanın bu addımını böyük Rəsulzadə ikinci xilaskarlıq əməli kimi qiymətləndirib. Rəsulzadənin də baxışı budur. Bizim dünyəvi milli dövlətlə keçmişimizdə mövcud olmuş dini-məzhəbçi dövlətin mahiyyət və fəlsəfəsinin tamamilə fərqləndirilməsi önəmlidir. Kimlər ki, tarixdə bu xəstəliyin daşıyıcılarıdır, məhz onlar da bu mövzuda kimsə bir söz söyləyəndə təəssübkeşlik hissi ilə belə bir əsassız iradları ortaya qoyurlar.
Azərbaycan dövlətini quranda Qacar-Səfəvi zehniyyəti ilə etiraz edənlər kimlər idi? Pişəvəri, Seyid Həsən Tağızadə – Rəsulzadəyə qarşı ən sərt çıxışları onlar edirdilər. “Azərbaycan İrana məxsusdur və İranın tərkib hissəsidir” deyirdilər. Hələ də tarixdə müasirliyə keçid anımızı anlamayan, dərk etməyən ünsürlər tarixdən hansısa içiboş ideal bir şeylər, təməlsiz ideologiyalar yaratmağa çalışırlar. Yaxşı olar ki, Zərdabini, Mirzə Cəlili, Sabiri, Nərimanovu və başqa bütün Azərbaycan aydınlarının irsini bir də dönüb oxuyun və onların da bu qaranlıq keçmişimizin fəsadları ilə bağlı görüşlərini bir də dərk etməyə çalışın. Ərdoğan Azərbaycan Xalq Cümhuriyyəti haqqında nəsə deyibsə, etik çərçivədə ən kəskin cavabı verək. Azərbaycan Respublikası haqqında nəsə deyibsə, yenə də etik çərçivədə ən kəskin cavabı verək. Tarixin hansısa dönəmində kimsə Şirvanşah dövlətini dağıdıb, Xəlilullahın sümüklərini məzardan çıxarıb yandırıb. Yaxud da Teymurun Azərbaycan ərazisində törətdiyi vəhşiliyin kompensasiyasını müasir özbəklərdən tələb etməliyik? Yaxud Şeybani xanın kəllə sümüyündən şərab çanağı düzəldib içdiyinə görə İsmayılın adından onlardan üzr diləməliyik? Onda bir qisim Azərbaycan vətəndaşı da, Türk dövlətlərinin vətəndaşları da bu addımların təəssübünü çəksin? Bu, ümumiyyətlə anormal bir yanaşmadır. Bu gün müasir Azərbaycan dövlətinin içində məhz eyni zehniyyətdir İslam tarixinin vəhşilik elementlərini özləri üçün əqidə məsələsinə çevirib yaşayanlar. Biz niyə feodal, dini-məzhəbçi zehniyyət üzərində qurulmuş dövlətlərin hansısa məsuliyyətini daşımalıyıq? O dövrdə baş verən cinayətlərin, geriçilik təzahürlərin niyə mənəvi şəriki kimi çıxış etməliyik?”.
Deputat bildirdi ki, torpaq, ərazi ilə dövlət anlayışı eyni şey deyil.
“Dövlət bir millətin müasir düşüncəsinin siyasi yekunudur. Bizim düşüncə xəttimizin yekunu, milli dəyərlərimizin sabitləşdiyi məqam Azərbaycan Xalq Cümhuriyyətidir. Əvvəlki bütün dövlətləri araşdırsanız, sülalə sahiblərindən biri digərinin gözünü çıxarıb, hansısa formada rəzil edib, qətlə yetirib. Bu bizim qaranlıq keçmişimizdir, başda da Səfəvilər olmaqla. Biz diqqətimizi mədəni tariximizin başladığı məqama yönəltməliyik və keçmişin mazoxist təəssübkeşliyindən, xəstəliyindən müasir azərbaycanlıların düşüncəsini xilas etməliyik. Azərbaycanın mədəni dirilişi Axundovdan, Zərdabidən başlayır. Axundovun, Həsən bəy Zərdabinin hansısa şəkildə üstünə gediləndə cavab verilə bilər ki, bunlar bizim aydınlıq tariximizdir. Yoxsa bizim qaranlıq keçmişimizdə nə varsa, bugünkü müasir insan bunu dəstəkləyirsə, bu, mahiyyətcə irançı zehniyyətin hansısa formada qabarmasıdır. Milliyyətçi, türkçü də, liberal da, islamçı da ola bilərsən, amma mahiyyətcə, düşüncəcə məhz iranlısan. Bu məsələyə baxış belə ola bilər. Çünki keçmişdə mövcud olmuş teokratik Səfəviliyin bugünkü məhsulu İran İslam Respublikasıdır. Qətiyyən mədəni, demokratik, dünyəvi Azərbaycan dövləti bu qaranlıq keçmişin məhsulu ola bilməz. Mahiyyətcə Türkiyə Cümhuriyyəti də böyük düha olan Atatürk sayəsində geriçi Osmanlı sistemini söküb atmasaydı, onun bir çox dəyərlərindən imtina etməsəydi Yaxın Şərqin miskin durumda olan bir çox müsəlman dövlətlərindən fərqlənə bilməzdi.
Təsəvvür edin ki, bu gün İrana çalışan casus şəbəkələri ilə bağlı bütün istintaq materialları ilə tanış olsanız, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycanda yaradılan qurumlarda niyə səfəviçiliyin təbliğini əsas amil kimi ortaya gətirildiyini daha dərindən anlarsınız. Bu istiqamətdə təbliğata bizim məkanda çoxlarının necə şüursuz şəkildə qoşulduğunu da çox keçməz anlamış olarsınız”, – deyə müsahibimiz fikrini yekunlaşdırdı.
AYGÜN ATTARDAN FAZİL MUSTAFANIN YUXARIDAKI FİKİRLƏRİNƏ SƏRT REAKSİYA GƏLDİ???
Azərbaycanda və Türkiyədə tanınan, qardaş ölkədə məsul vəzifə daşıyıcısı, TADİV İdarə Heyətinin sədri pr. dr. Aygün Attar Fazil Mustafanın yuxarıda təqdim edilən açıqlamasına cavab verib. Həmin cavabı həm Türkiyə türkcəsində, həm də Azərbaycan türkcəsində təqdim edirik:
– Fazil Mustafa çok saygı beslediğim gerçek bir entellektüeldir . Kendisini yakinen tanır sayar severim . Kendine has yanaşma ile ortaya attığı yahut birileri tarafından ortaya atılan konulara dair yorumlarını genelde ilgiyle okurum.
Fakat , aşağıdaki paylaşımında ileri sürdüğü Safevi devletinin mirasını çağdaş Azerbaycan olarak reddetme fikri
kesinlikle kabül edilir değil !
Azerbaycan tarihini genelde Azerbaycan’a dost olmayanların başlattığı yakın dönem tarihi ile mi başlatacağız?
Azerbaycan Safevi devleti türk devlet sisteminde mühim rolu olan türk devletçiliği tarihinde olağanüstü katkıları olan bir devlet olmuştur . 1501- 1736 yılları arasında varlık gösteren iki milyon kilometre kare yüz ölçümüne sahip bize ait olan bir devletten kuruluşunda mezhebciliği devamında (özellikle Şah Abbas ve sonrası) fars kültür güdümüne girmesi nedeniyle imtina etmek ne tarihi ve de sosyolojik açıdan doğru değil .
Azerbaycan, Safevi devletinin nüvesi özü olmuştur .
235 sene varlık gösteren ve batılı araştırmacıların dahi Azerbaycan Safevi devleti kimliği ile tetkik ettiği bir ulu tarihi mirastan neden imtina etmeliyiz ki ?
Mezhebi nedeniyle Türk dünyasını böldü , Osmanlıya sırf bu yüzden savaş açtı diyemeyiz zira Osmanlıyı en şiddetli savaşa sokan Emir Timur Gürkan’ın mezhebi Sünni idi ..
Ayrıca ecdadımızın yanlış yapması ondan imtina etmemizi gerektirmez ki!..
Onaylamamak ayrı bir şeydir reddi miras yapmak çok farklı yanaşmadır .
Ona kalırsa Osmanlı devleti de geleneksel yaşam tarzı ve devlet idare şeklindeki örfi hukuktan imtina ederek
Bedevi Arap kültürünü merkeze alan bir yol tutturdu devlet idaresinde , Türklüğü yok sayacak kadar dışladı .
Ama cumhuriyete en sadık olan kesimler de dahil olmakla Türkler dünyada beş yüz yıl hüküm sürmüş ceddiyle haklı olarak gurur duymakta .
An itibari ile bir toplantıya katılmam gerekiyor , Fazil beyin ileri sürdüğü özünde tutarlı gözüken ama geniş tahlile tabi tutulması gereken tezlere daha teferruatlı cevap yazacağım .
Not : evet AXC’ye söylenmedi hepimizi rencide eden fikirler ama hayatta olduğu sürece Türklüğün savaşını hem kılıçı hem de kalemiyle veren Şah İsmail Hatai’ye söylendi .
O Şah İsmail ki Azerbaycan Devletinin en Ali Devlet Madalyasından biri onun adını taşıyor.
Fazıl beye selam , tüm Azerbaycan ‘a sevgilerle …
XXX
Fazil Mustafa çox hörmət etdiyim əsl ziyalıdır. Özünü yaxından tanıyanları nəzərə almaq xoşuma gəlir. Mən ümumiyyətlə başqalarının qaldırdığı mövzulara maraqla və ya özünə xüsusi yanaşma ilə şərhləri oxuyuram.