Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezident Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra Rusiya lideri ABŞ-a Ukrayna ilə “atəşkəs əldə etmək üçün onlara lazım olacaq şərtləri” göndərəcəyini vəd edib. Tezadlar.az Reuters-ə istinadla bildirir ki, ABŞ dövlət katibi Marko Rubio dünən Senatda dinləmələr zamanı belə deyib. Sitat: “Bizim anlayışımız ondan ibarətdir ki, ruslar atəşkəsə nail olmaq üçün tələb edəcəkləri şərtləri yazacaqlar ki, bu da daha geniş danışıqlara imkan verəcək. Biz həmin şərtləri gözləyirik və bundan sonra Putinin nə istədiyini başa düşəcəyik”.
Rubionun bu şərhi ABŞ-ın Rusiya ilə bağlı mövqeyini dəyişməyə tələsmədiyinə bir işarədir və bir çox avropalı məmurlar və qanunvericilər Putinin vaxt itirdiyini düşünürlər. Bazar ertəsi isə Trampın Putinlə iki saatlıq telefon danışığında atəşkəs və ya döyüşlərə son qoymaq üçün heç bir irəliləyiş əldə olunmayıb və bu isə ABŞ-ın Putinə təzyiqi artırmaq üçün daha çox şey etməsini istəyən avropalı və ukraynalı müttəfiqlərini ciddi məyus etməkdədir.
Cəbhədə isə gedən döyüşlər bir daha göstərir ki, hələki sülh sazişindən danışmaq tezdir.
A.Məmmədli