Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, İranın paytaxtı Tehranda yerləşən Azərbaycan səfirliyinə silahlı hücum edən şəxs edam edildi. Bu barədə mayın 21-də İranın məhkəmə sisteminə yaxın “Mizan” agentliyi məlumat yayıb. Xatırladaq ki, bu hücum 2023-cü ilin yanvarında baş vermişdi və nəticədə səfirliyin təhlükəsizlik rəisi həlak olmuşdu. Hadisədən sonra rəsmi Bakı bunu “terror aktı” adlandırmış, iki ölkə arasında münasibətlər gərginləşmişdi.
Məhkum məhkəmədə ifadəsində bildirib ki, həyat yoldaşının səfirlikdə gizləndiyini düşünüb: “Həyat yoldaşımın Tehrandakı Azərbaycan səfirliyində olduğunu və mənimlə görüşmək istəmədiyini düşünürdüm. Buna görə də oraya Kalaşnikov avtomatı ilə getdim. Yalvarıram, məni əfv edin… Mən yaşamaq istəyirəm…”
Bu da son… Əgər elə bir hal var idisə, daha silahla niyə basqın edilirdi?
Elşad