Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

BANM-ın MBA məzunu Sukhrob Annamuradov “Özbəkneftqaz” Şirkətinin Biznesin İnkişafı Departamentinin rəhbəridir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Ölkənin energetika sektorunda strateji inkişaf layihələrini idarə edir. Onun rəhbərlik etdiyi departament ölkənin neft və qaz sənayesinin inkişafında mühüm rol oynayır, eyni zamanda beynəlxalq əməkdaşlıq və investisiya layihələrinin uğurlu həyata keçirilməsinə böyük töhfələr verir.
Sukhrob Annamuradov, BANM-də qazandığı mükəmməl təhsil və praktiki bacarıqlarını Özbəkistanın enerji sektorunda tətbiq edərək, bu sahədəki inkişafı daha da irəlilətməkdədir.
Məzunlarımıza uğurlar arzulayır, onlarla qürur duyuruq!”, – deyə rektor vurğulayıb.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycan Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim edilən “Məzunların məşğulluq reytinqi” siyahısında məzunları ən çox işlə təmin olunan ali məktəblər siyahısına Bakı Ali Neft Məktəbinin (BANM) 67.3% göstərici ilə başçılıq edir. BANM-nin bir çox məzunu xarici ölkələrdə də yüksək vəzifələrdə çalışırlar.
JASMİN