Azadlıq arzulu bütün məhbuslar 28 may Müstəqillik günü veriləcək əfv qərarını gözləyir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Əfv Komissiyasının üzvü Zahid Oruc deyib ki, ki, 2024-cü ildə 1427 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1952 nəfər bundan zərər çəkib: “Bu göstərici əvvəlki illərlə müqayisədə 13 faizə qədər azdır. Əfv Komissiyasının üzvləri olaraq, müraciətlərə baxdıqda statistikanın çox hissəsini piyadavurma ilə bağlı hadisələrin təşkil etdiyini görürük. Piyadalar sanki yolun hakimidirlər. Ona görə də yol-nəqliyyat hadisələrində həyatını itirənlərin 60 faizi piyadalar olur. Bu səbəbdən lap bağçadan başlayaraq köklü dəyişiklik edərək piyada mədəniyyəti formalaşdırmalıyıq”.
Zəruri qeyd: mayın 16-da Prezident yanında Əfv Məsələləri Komissiyasının gözlənilən əfv sərəncamı ilə bağlı sonuncu iclası keçirilib. Ümumilikdə 7 iclasda 800-dən çox müraciətə baxılıb. Sayca 71-ci əfv sərəncamının ənənəvi olaraq 28 may Müstəqillik Günü ərəfəsində imzalanması gözlənilir.
Azadlıq gözəl nemətdir, onu isə əldə edən də bizik, itirən də. Təəssüflər olsun, əfv olunanların bir qismi sonradan təkrar cinayət törədir və yenidən əfv olunmasını istəyir…
A.Məmmədli