Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2025 / 13:13

3 ASAN xidmət mərkəzində aparılacaq təmizlik işləri 840 min manata başa gələcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin keçirdiyi tender müsabiqəsinin nəticəsi açıqlanıb.

 TEZADLAR.AZ  xəbər verir ki, müsabiqə Bakı şəhərində yerləşən 3, 4 və 5 saylı ASAN xidmət mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması məqsədi ilə təşkil olunub.

 

Tenderin qalibi “Təmizliyin İncisi” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 840,028.31 manat təşkil edir.

Qalib şirkət göstərilən mərkəzlərdə gündəlik təmizlik, gigiyena və digər xidmətləri yerinə yetirəcək.

Satın alınacaq xidmətlərin siyahısı:

Başlıq Açıqlama Miqdar Ölçü vahidi Kod
1 3 saylı Bakı “ASAN xidmət” mərkəzi İnzibati bina təmizlik işləri 6.300 m(2) 76111501
2 3 saylı Bakı “ASAN xidmət” mərkəzi İnzibati bina fasadın yuyulması 3.000 m(2) 76111501
3 4 saylı Bakı “ASAN xidmət” mərkəzi İnzibati bina təmizlik işləri 5.500 m(2) 76111501
4 4 saylı Bakı “ASAN xidmət” mərkəzi İnzibati bina fasadın yuyulması 1.800 m(2) 76111501
5 5 saylı Bakı “ASAN xidmət” mərkəzi İnzibati bina təmizlik işləri 6.312 m(2) 76111501
6 5 saylı Bakı “ASAN xidmət” mərkəzi İnzibati bina fasadın yuyulması 2.100 m(2) 76111501
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!