Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tbilisidə verdiyi konsertdə rus üçrəngli bayrağını ləkələyən gürcü müğənni və musiqiçi Erekle Getsadze özünü əxlaqsız aparıb.
Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Getsadze mayın 25-də Tbilisidə açıq hava festivalında çıxışı zamanı Rusiya bayrağını təhqir edib. O, üçrəngli bayrağı zibil qutusuna atıb və guya onun üzərinə sidiyə gedirmiş kimi davranıb.
Siyasətçi bu əməlini mədəniyyətsizlik təzahürü kimi qiymətləndirib.
“Rusiya tərəfinin hansı şərh verməsi məni maraqlandırmır, amma bir şeyi deyə bilərəm: hansı bayraq haqqında danışmağımızın heç bir əhəmiyyəti yoxdur, bir neçə min insanın qarşısında çıxış edəndə və belə bir şey edəndə bu, gürcü mədəniyyətinə uyğun gəlmir”, – Kobaxidze izah edib.
Bundan əvvəl Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Getsadzeyə qarşı cinayət işinin başlanmasına göstəriş verib. Federasiya Şurası da gürcü müğənninin hərəkətini təxribat adlandırıb.
E.ŞİRİNOV