Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın daxili işlər naziri tutduğu vəzifədən istefa verib…. Tezadlar.az Gürcüstan DİN-ə istinadla bildirir ki, Baş nazir İrakli Kobaxidze isə partiya ofisində keçirilən brifinqdə Daxili işlər naziri Vaxtanq Qomelauriyə dövlətə göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib. Baş nazirin sözlərinə görə, Vaxtanq Qomelauri istefa qərarını özü verib və bir neçə gün əvvəl bununla bağlı rəsmi müraciət edib. Kobaxidze bildirib ki, komanda onun istəyini anlayışla qarşılayaraq qəbul edib: “Bu, bizim üçün üzücü qərar olsa da, cənab Vaxtanqın qərarına hörmətlə yanaşdıq. O, 10 ildən artıq müddətdə daxili işlər naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və baş nazirin müavini kimi çətin və məsuliyyətli vəzifələrdə çalışıb. Xidmət müddətində yüksək peşəkarlıq nümayiş etdirib və ölkənin ictimai təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb”.
İrakli Kobaxidze keçmiş nazirin fəaliyyətini xüsusi ilə dəyərləndirərək bildirib ki, Vaxtanq Qomelauri son dörd il ərzində Gürcüstanda baş verməsi ehtimal olunan dörd inqilab cəhdinin qarşısının alınmasında mühüm rol oynayıb: “Bu sahədə onun xidməti xüsusidir və buna görə ona xüsusi təşəkkür düşür. Cənab Vaxtanq ləyaqətli insandır və ona gələcək fəaliyyətində uğurlar arzulayıram”.
Qeyd edək ki, Qomelauri uzun illər Gürcüstanın təhlükəsizlik strukturlarında müxtəlif vəzifələrdə çalışıb və ölkənin ən təcrübəli məmurlarından biri hesab olunur. Amma onun özü tərəfindən bu istefanın əsl səbəbləri barədə heç bir açıqlama verməyib.
A.Məmmədli