Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2025 / 11:15

NƏ YAXŞI Kİ, DEPUTAT KAMAL CƏFƏROV FƏTƏLİ XANIN MM-DƏN ÜZR İSTƏMƏSİNİ DEMƏYİB…

…Sosial mediada belə bir məlumt var ki, vaxtilə Gəncədən olan bir deputat kimi, Xalq Cümhuriyyətini sərt tənqid edən, aşağılayan deputat Kamal Cəfərov bu dəfə də təşəbbüs qaldırıb ki, gərək Milli Məclis AXC tərəfəndən İrəvanın Ermənistana verilməsini pisləyən qərar qəbul etsin… Deputat fikrini də onunla əsaslanıdırıb ki, guya 1918-ci ilin mayın 29-da Milli Şuranın iclasında Fətəli xan deyib ki, “Ermənistan dövləti üçün siyasi mərkəzə ehtiyac vardır və İsgəndəriyyənin Türkiyə ərazisinə birləşdirilməsindən sonra bu mərkəz yalnız İrəvan ola bilər.”
Tanınmış tarixçilər deputatın bu fikirlərini sosial mediada belə bəzəyiblər: “…Adam Kral Kollec də daxil, 4-5 universitetdə oxuyub, amma Aleksandropol (Gümrü) ilə Aralıq dənizinin Misir sahillərində yerləşən Aleksandriyanın (İsgəndəriyyə) fərqini ayırd edə bilmir, bu savadla hələ bir torpaq davası da aparır…”.
Nə yaxşı deməyib ki, Fətəli Xan Azərbaycan xalqından üzr istəsin…
***
Deputat Kamal Cəfərov: 1989-cu il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr proqramını, London Kral Universitetinin Beynəlxalq vergi hüququ üzrə magistraturasını, Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Antikorrupsiya elmləri üzrə magistr proqramını fərqlənmə diplomları ilə bitirmişdir. İngilis, rus və fransız dillərini bilir. 2012–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin Hüquqi təminat şöbəsində aparıcı məsləhətçi, Beynəlxalq və ictimai əlaqələr şöbəsində baş məsləhətçi, şöbə müdirinin müavini, sektor müdiri işləmiş, hərbi xidmət keçmişdir. 2014–2016-cı illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Katibliyinin böyük məsləhətçisi, 2016–2020-ci illərdə isə katibi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. AzərbaycanBelçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Avstraliya, Böyük Britaniya, Fransa, İtaliya, Macarıstan, Pakistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
***
Bəli, tərcümeyi halından da göründüyü kimi, deputat Kamal Cəfərov ingilis, rus və fransız dillərini bilir. Bu çox əla! Amma yaxşı olardı ki, həm də Azərbaycan və dünya tarixi-coğrafiyasını da bilsin…
“Təzadlar”
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!