(“Qısa qeydlər” silsiləsindən)
…2007-ci ilin yazı… Xocalı köçkünləri «Realnıy Azerbaydjan» вə «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin 2005-ci ildə yazdığı «Qarabağ gündəlikləri»nə etiraz etdilər, öz şərəf və ləyaqətlərinin tapdalandığını bildirdilər və məhkəməyə müraciət etdilər. Məhkəmə hər iki qəzetin 10 min manat məbləğində cərimələnməсi və vəсaitin Xocalı köçkünlərinə verilməсi barədə qərar qəbul etdi. Xocalı köçkünləri bu qərara etiraz etdilər və Eynulla Fətullayevin həbs olunmasını istədilər.
Həmin dövrdə qaçqınların вə məcburi köçkünlərin müdafiə mərkəzinin rəhbəri Tatyana Çeladzenin (?!) xocalılar adından qaldırdığı iddia ilə məhkəmə Eynulla Fətullayevə 2 il 6 ay iş kəsdi və jurnalist həbs edildi. Səhv etmirəmsə, Fətullayev 5 ilə yaxın dəmir barmaqlıqlar arxasında qaldı. Amma onun əfv sərəncamı ilə azad olunmasından 2 il sonra Çeladze dünyasını dəyişdi… Əlahəzrət Haqq öz sözünü dedi…
2011-ci ilin payızı… “Xural” qəzetinin redaktoru olan Əvəz Zeynallı deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs olunur. Deputat jurnalistin onun haqqında ifşaedici materialların olduğunu deyərək, şantaj etdiyini və külli miqdarda pul istədiyini iddia edirdi. Həmin şikayətin əsasında məhkəmə Əvəz Zeynallını 3 il müddətə həbs etdi. Bu məhkəmədən 2 il sonra, 2013-cü ildə Gülər Əhmədova da deputat mandatından məhrum edildi və Beynəlxalq universitetin rektoru məlum Eşad Abdullayevdən külli miqdarda pul aldığı üçün məhkəmənin hökmü ilə həbs edildi. Əlahəzrət Haqq yenə sözünü dedi.
2025-ci ilin payızı… HAQQIN.az internet saytının baş redaktoru Eynulla Fətullayevin şikayəti əsasında “Xural TV” “Youtube” kanalının rəhbəri Əvəz Zeynallı həbs olunur. Fətullayev Zeynallının o vaxt həbsdə olan “dəmir maqnatı” Rasim Məmmədovu şantaj etdiyini, haqqında tənqidi verilişi ləğv etmək üçün 20 min manat rüşvət istədiyini və aldığını deyirdi. Zeynallı bu ittihamı rədd etsə də, məhkəmə onu günahlı saydı. O, həbs olundu və türmədə ağır xəstəliyə tutuldu…
Və son olaraq… Deyirəm, Əvəz Zeynallı xəstəliyi ilə əlaqədar vaxtından əvvəl həbsdən azad olunub və hazırda Türkiyədə müalicədədir. Bəs, əlahəzrət Haqq nəyi gözləyir?!