Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beynəlxalq Qalereyada 228 nömrəli məktəbin 2-ci sinif şagirdi İbrahimova Şəhrizad Müşfiq qızının – layihə rəhbəri Aygün Əzizovanın olduğu “Mənim Rəngli Dünyam” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirildi.
TEZADLAR.AZ xəbər verir ki, sərgidə balaca rəssamın 25 rəsm əsəri nümayiş olunurdu.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qeyd etdi ki, müxtəlif yaş qruplarında olan rəssamların sərgilərinin təşkil olunması, onların tanıdılması, cəmiyyətə təqdim olunması, istedadların kiçik yaşdan kəşf olunması üçün mühüm əhəmiyyət kəsb edir.
O, vurğuladı ki, Şəhrizadda olan sənət qığılcımları onun böyüdükcə gözəl rəssam olacağının göstəricisidir.
Beynəlxalq Qalereya adından rəssama ilk fərdi yaradıcılıq sərgisi üçün diplom təqdim olundu.
Qeyd edək ki, sərgidə fəxri qonaq olaraq iştirak edən ADİU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, Zaqafqaziya üzrə sülh səfiri, YAP, AYB, AQRC-nin üzvü, Prezident təqaüdçüsü Nailə Yusifqızı, mühəndis Pərvin İbrahimova, bədii qiraətçi Əlizamin Abdullayev, yazıçı- şair Tehran Əkbər, Abuşov Rəsul, rəssam Nihat Əliyev Şəhrizada gələcək həyatında uğurlar arzudılar, gələcəkdə onun sənətin sirlərini daha yaxından öyrənib, ali təhsil alaraq mükəmməl rəssam olacağına inandıqlarını bildirdilər və hədiyyələr təqdim etdilər.
Şəhrizadın anası Gülnar İbrahimova, qardaşı Rəsul İbrahimov, nənəsi Çimnaz Teymurxanova, Beynəlxalq Qalereyanın əməkdaşlarına və gələn fəxri qonaqlara təşəkkür etdilər. Sonra xüsusi rəssam tortu kəsildi, çay süfrəsi təşkil olundu. Sonda xatirə şəkilləri çəkildi.
AYGÜN