Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2025 / 18:51

Polşanın yeni prezidenti açıq şəkildə Zelenskiyə müraciət edib

Polşanın seçilmiş prezidenti Karol Navroçki X sosial şəbəkəsində Ukrayna lideri Vladimir Zelenskiyə müraciət edərək iki ölkə arasında əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

“Ümid edirəm ki, biz ümumi rifah naminə, həll olunmamış keçmişi həll etmək və birgə təhlükəsiz gələcək qurmaq üçün birgə işləməyə davam edəcəyik”, – deyə Navroçki Zelenskinin təbrikinə cavab olaraq yazıb.

O qeyd edib ki, Polşa “Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanın ən qızğın dəstəkçisidir”. Navroçkinin sözlərinə görə, heç bir ölkə bu təhlükəni Ukrayna və Polşa qədər başa düşmür.

Navroçki bu postu Vladimir Zelenskinin siyasətçini prezident seçkilərində qələbəsi münasibətilə təbrik edən, həmçinin “Polşa və şəxsən prezident Navroçki ilə məhsuldar əməkdaşlığın” davam etdiriləcəyinə ümidini ifadə edən nəşrinə cavab olaraq yerləşdirib.

Qeyd edək ki, iyunun 1-də Polşada prezident seçkilərinin ikinci turunda ən böyük müxalifət partiyası olan “Hüquq və Ədalət”in namizədi Karol Navroçki 50,89 faiz səs toplayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Navroçkinin seçkilərdəki qələbəsini şərh edib. O, Navrocki hakimiyyətə gəldikdən sonra Polşa ilə Rusiya arasında münasibətlərin normallaşacağını gözləməməyə çağırıb.

Eyni zamanda, Kreml nümayəndəsi Polşadakı seçkilərin polyakların daxili işi olduğunu vurğulayaraq, onların kimə istədiklərinə səs verdiklərini bəyan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!