Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2025 / 07:59

Bu nədir belə?- PROFESSOR SON GÜNLƏRİN ƏCAİBLƏRİNDƏN YAZDI

Tanınmış şərqşünas alim, professor Aida Qasımova həmişə olduğu kimi, bu dəfə də cəmiyyətimizin son günlər hakim kəsildiyi bir əcaib hadisəyə sərt mövqeyini sərgiləyib. Professor cəmiyyətə və cavabdehlərə sual edir ki, axı, nı baş verir? Sitat: “Maşallah, yenə videolar, gey söhbətləri gündəmi tutub. Feyziyev aşiqi olan deputatın sərvət siyahısı cəmiyyətdə maraq doğurmadıqda, intim videolar yayıldı. Tənqid, söyüş, qınaq.. Qocaman Freyd deyirdi ki, insanlar bu söhbətlərlə öz yanğılarını, təhtəlşüurdan gələn gizli istəklərini, qorxularını dilə gətirirlər. Öz cinsinə meylli insanlar ən aktiv LGBT düşməni olur. Və yaxud qısa bir priton (ifadəmə görə üzr istəyirəm) həyatı yaşamış qadın ölənədək namus bayquşluğu edəcək, hətta monastıra gedib gənc rahibələrə əxlaq dərsi verəcək, amma o yanğı və təşviş onu buraxmayacaq.
Hər il nə qədər uşaq təcavüzə məruz qalır. Əsl cinayət budur, buna narahat olun.
Hər il nə qədər insan bu cür videolarla şantaj edilir. Budur cinayət.
“Yapraq dökümü” dizisi yadınızdadırmı? Namus bayquşu Əli Rza Təkinin iki qızı və bir gəlini onun papağını elə yerə vurur ki, adam iflic olur. Bəlkə də Əli Rza Təkin intuitiv olaraq bu gələcəyini gördüyündən, qorxduğundan əxlaq carçısı olmuşdu.
Bir neçə il əvvəl bir nəfər gey qohumunu öldürmüşdü. Bəlkə də o kişi qohumunu öldürməklə öz içindəki homoseksual həvəsi öldürmək istəyib…
Həyatda heç nə, heç kim görsəndiyi kimi deyil.
Hər kəs öz işi ilə məşğul olsa, həyat da gözəl olar. Polis cinayətkarlarla, müəllimlər, dekanlar tədrislə, tələbələrlə, həkimlər xəstələrlə, deputatlar xalqın rifahı ilə məşğul olsun. Baxın, qabaqdan isti yay gəlir. Uşaq pulu almayan kasıb ailələr bu istini necə yola verəcək? Əvvəllər pioner düşərgələri olurdu. Bəzi ailələrin kondisioneri belə yoxdur. Bundan yazın. Yazıq deyilmi ciyəri yanan uşaqlar?”.
Bəli, düşündürücü suallar və cavabı tapılmalı hadisələrdir… Təssüflər olsun! Sanki cəmiyyətin hansısa bir bədən üzvündə çürümə gedir…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!