Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2025 / 09:03

AYNA-nın yol daraltması: bu səhər Bakının 14 küçə və prospektində tıxac var

Bakının bir sıra yollarında tıxac var. Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. “20 Yanvar” dairəsində;

5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

7. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

12. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

14. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Sürücü və sərnişinləri səbrli olmağa səsləyirik! Apardığımız müşahidələr göstərir ki, AYNA Bakının yollarını yarıbayarı daraltmaqda davam edir. Məsələn, 4 zolaqlı Xocalı prospektində 1 zolaq velosipedə, 1 zolaq BUS- a, 1 zolaq da parklamaya ayrıldığından minik avtomobilləri 1 zolağa itələnib, ona görə də bu küçədə yol 75 faiz daralıb. 5 zolaqlı A.Cəlilov küçəsində isə yolun 1 zolağı BUs- a, 1 zolağı isə velosipedə ayrılıb, yol 40 faiz daralıb. 3 zolaqlı Məmməd Rahim küçəsində isə 1 zolaq parklamaya, 1 zolaq velosipedə ayrıldığından, yol 73 faiz daraldılıb… 4 zolaqlı H.Cavid küçəsində isə 1 zolaq BUS-aş 1 zolaq velosipedə ayrıldığından yol 50 faiz, 4 zolaqlı B.Vahabzadə küçəsində isə 1 zolaq BUS-a, 1 zolaq parklamaya, 1 zolaq isə velosipedə ayrıldığından yol 75 faiz daraldılıb…

Beləliklə, “Təzadlar”ın müşahidələri göstərir ki, genişləndirilməyən, əksinə, 50-75 faiz daraldılan paytaxt küçələrində tıxac bu qaydada sərtləşdirilməkdədir. Yollarda saatlarla qalan avtomobillərin yandırdığı izafi yanacaq isə Bakının ekoloji durumunu təhlükə qarşısınada qoymaqdadır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!