Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2025 / 10:35

Veysəloğlu Şirkətlər Qrupu, Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İB-nin qalib jurnalistləri- TƏQDİMAT

Xəbər verdiyimiz kimi, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma yazı müsabiqəsini başa çatdırıb. Tezadlar.az bildirir ki, həmin müsabiqə yazılarının ekspertlər tərəfindən emalı və qiymətləndirilməsi artıq yekunlaşıb, müsabiqənin nəticələri bu dəqiqələrdə “JW Marriott Absheron Baku Hotel” kompleksinin böyük akt zalında elan ediləcək və qalib jurnalistlərin adları bəlli olacaq. Qalibləri isə diplomlar və pul mükafatları gözləyir.

Xatırladırıq ki, qaliblər sırasında “Təzadlar” qəzetinin əməkdaşları da var.  Veysəloğlu Şirkətlər Qrupunun, eləcə də Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin rəhbərliyinə təşəkkür borcumuzu çatdırırıq.

Əlavə məlumat az sonra ətraflı veriləcək.
Elbar

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!