Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın Baş Naziri İrakli Kobaxidze Macarıstanın Baş Naziri Viktor Orbanla birgə keçirdiyi mətbuat konfransında Avropa bürokratiyasının Gürcüstana qarşı ədalətsiz qiymətləndirmələrini tənqid edib. Tezadlar.az xəbər verir ki, baş nazirin sözlərinə görə, Avropa bürokratiyasının Gürcüstana qarşı səsləndirdiyi bəyanatlar və qiymətləndirmələr çox vaxt ədalətsizdir və bu, ölkə üçün böyük narahatlıq doğurur. Kobaxidze əlavə edib ki, bəzi institutlar tərəfindən ekstremizmin maliyyələşdirilməsi və seçki proseslərinə müdaxilə kimi halların olması da müşahidə olunur: “Gürcüstanın dövlət suverenliyinə kifayət qədər hörmət edilməməsi bizi dərindən narahat edir. Avropa İttifaqı bizim üçün ədalətin simvoludur və biz istəyirik ki, bu simvol gələcəkdə də qorunub saxlanılsın,” — deyə Baş Nazir qeyd edib. Kobaxidze vurğulayıb ki, Gürcüstan Avropa İttifaqına üzvlük yolunda inamla irəliləyir və bu münasibətlərin dəyişəcəyinə ümid edir. O, həmçinin Macarıstan hakimiyyətinin Gürcüstanın Avropa inteqrasiyasına verdiyi dəstəyi yüksək qiymətləndirib: “Ədalətli münasibət və qiymətləndirmə gördüyümüz nadir ölkələrdən biri Macarıstandır. Macarıstan Gürcüstanın Avropa inteqrasiyasının ən güclü və səmimi tərəfdarıdır,” — deyə Kobaxidze bildirib.