Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2025 / 15:23

Narkotiklərlə yaxalanan şəxs bükümləri uddu, xəstəxanada keçindi

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət təqibindən yayınmaq üçün kuryoz addım atıb.

“Tezadlar.az”ın əldə etdiyi məlumata görə, Allahverdi Rəsulov üzərində olan narkotik bükümlərini udaraq sübutları gizlətməyə cəhd edib.

31 yaşlı şəxs halı pisləşdiyi üçün xəstəxanaya çatdırılıb. Zəhərlənən şübhəli göstərilən tibbi müdaxilələrə baxmayaraq, iyunun 20-də ölüb.

Qeyd edək ki, A.Rəsulov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunubmuş və narkotik aludəçisi imiş.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!