Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 İyun 2025 / 07:29

İnanılmaz: Baş Prokurorluq rüşvət verən iki nəfəri həbs etdi -VİDEO

Adətən rüşvət alanların həbs edildiyinin şahidi oluruq, amma bu dəfı əksinə, rüşvət verənlərin saxlanıldığı bəlli oldu… Tezadlar.az xatırladır ki, Qərbi Gürcüstan Regional Prokurorluğunun istintaq idarəsi tərəfindən aparılan araşdırma nəticəsində dövlət məmuruna rüşvət verməkdə şübhəli bilinən iki şəxs saxlanılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ağac-kəsmə işlərinin qanunsuz aparılması və materialların maneəsiz daşınması üçün Daxili İşlər Nazirliyinin Racha-Lechxumi və Kvemo Svaneti Polis Departamentinin bir rəhbərinə rüşvət olaraq 5000 lari təklif ediblər. Bundan əlavə, qanunsuz fəaliyyətin davam etdirilməsinə və hər yüklü yük maşınının maneəsiz hərəkətinə görə isə sistemli şəkildə 2000 lari vəd ediblər. Daxili İşlər Nazirliyinin polis əməkdaşının prokurorluğa verdiyi operativ məlumat əsasında açılan cinayət işi üzrə, 20 iyun tarixində hər iki şəxs rüşvətin bir hissəsi olan 3000 larinin verilməsi zamanı saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 339-cu maddəsinin ikinci hissəsi üzrə İstintaq aparılır. Sözügedən maddəyə əsasən, günahkar şəxslər 7 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Prokurorluqdan bildirilib ki, rüşvət cinayətlərinə qarşı mübarizə onun əsas prioritetlərindən biridir və bu sahədə ən sərt cinayət siyasəti davam etdiriləcək. Prokurorluq vətəndaşları belə cinayətlər barədə məlumatları dərhal müvafiq orqanlara təqdim etməyə çağırır.

Beləliklə, rüşvət vermək həvəslilər bunları bilməlidir. azərbaycan qanunvericiliyində də rüşvətverməyə görə cinayət məsuliyyəti var, amma praktikada hələki buna rast gəlmirik… Rüşvət alan varsa, deməli, rüşvət verən də var… Necə ki, qumar iki və ya daha çox şəxs arasında baş verir. Təkbaşına qumar oynama halı olmur! Bütün bunlar isə o deməkdir ki, tərəflər ümumi razılığa gəlirsə, onda rüşvət verənin məsuliyyətindən danışmağa dəyməz!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!