Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Zaqatalada Talaçay çayında sel suları mühafizə bəndini qəzalı vəziyyətə salıb. Tezadlar.az RİH- nin saytına istinadla xəbər verir ki, güclü yağışlar nəticəsində Talaçay çayında suyun səviyyəsinin artması nəticəsində Zaqatala şəhərinin Nizami küçəsinin mühafizəsini təmin edən daş-beton bəndin bir hissəsi yararsız vəziyyətə düşüb.
Sakinlər bildiriblər ki, həmin bənd 1980-ci illərdə inşa edilib və istismar müddəti artıq başa çatıb.
Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ceyhun Mirzəyev “Report”un yerli bürosuna bildirib ki, çayda suyun səviyyəsinin artması bəzi ərazilərdə təhlükə yaradıb:
“Şəhərin bir hissəsini sel sularından mühafizə edən bənddə çatlar yaranıb və həmin ərazidə torpaq sürüşməsi qeydə alınıb. İdarə tərəfindən layihə hazırlanaraq həmin ərazidə 300 paqon metr bəndin inşası nəzərdə tutulur”.