Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Siyasi və hərbi analitik Draqo Bosnik “InfoBRICS” portalı üçün yazdığı məqalədə qeyd edib ki, Kreml Ermənistan və Azərbaycan arasında münaqişədə ermənilərin Dağlıq Qarabağdan qaçmasının qarşısını almağa fəal cəhd göstərən yeganə tərəf olub.
Tezadlar.az xəbər verir ki, Bosnikin sözlərinə görə, baş nazir Nikol Paşinyan və müttəfiqləri “Ermənistanı az qala məhv edən fəlakətli, ikiüzlü siyasətini” davam etdirirlər.
Məqalə müəllifi qeyd edib ki, Paşinyan indi “ictimai olaraq Qarabağın təslim olmasını “Ermənistan üçün müsbət hadisə” kimi qiymətləndirir. Parlamentin iclaslarının birində Paşinyan bəyan edib ki, ermənilər “Dağlıq Qarabağı itirməyib, dövlətçilik əldə ediblər”.
Onun sözlərinə görə, uzun illərdir ki, Dağlıq Qarabağ məsələsi “Ermənistanın inkişafını dayandırıb”.
Bu bəyanat Paşinyanın Dağlıq Qarabağ ermənilərini “Ermənistanın suverenliyini təhdid etməkdə” və “milli müstəqilliyə qarşı dağıdıcı alət olmaqda” ittiham etməsindən cəmi iki ay sonraya təsadüf edib.
Bosnikin sözlərinə görə, Paşinyanın məntiqi “hər hansı bir vətənpərvər erməni üçün qətiyyən qəbuledilməzdir”. Məqalə müəllifi qeyd edib ki, “Paşinyanın anti-Rusiya, Türkiyə və NATO-ya meylli siyasəti bütün ermənilər üçün tam bir fəlakətə çevrilib”.
Bosnik hesab edir ki, Azərbaycanın Ermənistanla sülh sazişinin bir hissəsi kimi irəli sürdüyü tələblər mahiyyət etibarı ilə Türkiyənin Xəzər dənizinə və nəticədə Mərkəzi Asiyaya maneəsiz çıxışı ilə nəticələnəcək. Məqalə müəllifi belə qənaətə gəlib ki, bu, regionda qüvvələr balansını kökündən dəyişdirərək onu NATO-nun üzünə aça bilər.
E.ŞİRİNOV