…Dələduzluğun hər gün bir yeni üsulu və forması üzə çıxır. Beləliklə, 3 sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Bundan əvvəl ittiham tərəfinin bütün şahidləri dindirilib. Bu gün müdafiə tərəfi əlavə vəsatətlər verib.
Vəsatətlərdən biri də Nizami Alışanın həyat yoldaşı Günelin (müğənni Elarizin qızıdır) məhkəmədə dindirilməsi ilə bağlıdır. Vəkil Samir İsayev onun əlavə şahid kimi dindirilməsini istəyib. Növbəti iclasda müğənni Elarizin qızı Günel məhkəməyə gələcək. Şahid həyat yoldaşının saxlanıldığı günü dəqiqləşdirmək üçün dindiriləcək. İş materiallarında yazılanlara əsasən, Nizami Alışan 48 saatdan artıq şübhəli şəxs qismində saxlanılıb. Bundan əlavə, zərərçəkmiş Babək Məmmədzadə də əlavə suallara aydınlıq gətirilməsi üçün yenidən məhkəməyə çağırılıb.Proses 30 iyuna kimi təxirə salınıb.
Qeyd: Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur.