Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2025 / 22:50

Dr. TARİYEL AZƏRTÜRK: “HANKİ MƏKANDAN, HANKİ ZAMANDAN BAŞLANIR MUĞAM?”

Sabah  iyunun 25-i, səhər saat 11-də Azərbaycan Elmlər Akademiyasının binasında (Cavid prospekti 115, Cavid parkı, metronun “Elmlər Akademiyası” stansiyasının yanı) ABŞ- da uzun illərdir yaşayıb elmi fəaliyyətlə məşğul olan tanınmış alim Dr.Tariyel Azərtürkün “HANKİ MƏKANDAN, HANKİ ZAMANDAN BAŞLANIR MUĞAM?” adlı kitabının təqdimatı olacaq.
Tezadlar.az xatırladır ki, təqdimat mərasimi AMEA nın inzibati binasının 2-ci mərtəbəsindəki Akt Zalında baş tutacaq.
 Kitab nəfis şəkildı çapa hazırlanıb, uzun illərin elmi araşdırmaların məhsulu kimi diqqəti çəkir. “HANKİ MƏKANDAN, HANKİ ZAMANDAN BAŞLANIR MUĞAM?” kitabı Bakıda “AFpologrAF” nəşriyyatının mətbəəsində Azərbaycan türkcəsində çap olunub.
 Onu da deyək ki, kitab Muğam barədə inidyə qədər heç yerdə rast gəlinməyən elmi sirlər və möcüzələr alimin mürəkkəb və çətin araşdırmaları sayəsində ərsəyə gəlib.
Bir məqamı da deyim ki, Dr. Tariyel Azərtürk özünün sosial media platformasında muğamın sirlərinə bir daha baş vurmaq istəyən hər kəsi bu təqdimat və müzakirələrə dəvət edən açıqlama yayıb. Sitat: “Dəyərli muğamsevərlər, mən görüşə ABŞ-ın Sietl şəhərindən onlayn qatılacağam. Hər kəsə təşəkkürlərimi çatdırıram”.
təqdimat mərasiminə Azərbaycanın görkəmli muğam və mədəniyyət xadimləri, araşdırmaçı alimlər, muğam biliciləri, musiqi ifaçıları iştirak edəcəklər.
Asif MƏRZİLİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!