Bu dəqiqələrdə Azərbaycan Elmlər Akademiyasının binasında ABŞ- da uzun illərdir yaşayıb elmi fəaliyyətlə məşğul olan tanınmış alim Dr.Tariyel Azərtürkün “HANKİ MƏKANDAN, HANKİ ZAMANDAN BAŞLANIR MUĞAM?” adlı kitabının təqdimatı keçirilir. Tezadlar.az xatırladır ki, təqdimat mərasimi AMEA nın inzibati binasının 2-ci mərtəbəsindəki Akt Zalında baş tutub.
Kitab nəfis şəkildı çapa hazırlanıb, uzun illərin elmi araşdırmaların məhsulu kimi diqqəti çəkir. “HANKİ MƏKANDAN, HANKİ ZAMANDAN BAŞLANIR MUĞAM?” kitabı Bakıda “AFpologrAF” nəşriyyatının mətbəəsində Azərbaycan türkcəsində çap olunub.
Onu da deyək ki, kitab Muğam barədə inidyə qədər heç yerdə rast gəlinməyən elmi sirlər və möcüzələr alimin mürəkkəb və çətin araşdırmaları sayəsində ərsəyə gəlib.
Bir məqamı da deyim ki, Dr. Tariyel Azərtürk özünün sosial media platformasında muğamın sirlərinə bir daha baş vurmaq istəyən hər kəsi bu təqdimat və müzakirələrə dəvət edən açıqlama yayıb. Sitat: “Dəyərli muğamsevərlər, mən görüşə ABŞ-ın Sietl şəhərindən onlayn qatılacağam. Hər kəsə təşəkkürlərimi çatdırıram”.
Tədbiri açıq elan edən tanınmış dilçi alim, ProfessorAsif Rüstəmli kitab haqqında dəyərli izahlar verdi.
Sonra isə kitabın müəllifi Tariyel Azərtürk, söylədiyi kimi, ABŞ- dan skaypla təqdimat mərasiminə qoşularaq iştirakçıları təbrik etdi, sonra kitabda muğam haqqında yer almış elmi araşdırmalara aydınlıq gətirdi, həmçinin muğamın indiyədək bizə bəlli olmayan sirlərindən danışdı.
Daha sonra akademik Nizami Cəfərov həm kitab haqqında, muğamın sirlərindən, yaranma tarixindən, qədimliyindən və həm ecazkar gizlinlərindən danışdı.
Xatırladırıq ki, təqdimat mərasimi hazırda tədqiqatçı alimlərin çıxışları ilə davam edir.
Tədbirdə Azərbaycanın görkəmli muğam və mədəniyyət xadimləri, araşdırmaçı alimlər, muğam biliciləri, musiqi ifaçıları iştirak edirlər.
Asif MƏRZİLİ