Bir müddət əvvəl Dubaydan Azərbaycana qaçaqmal yolu ilə 190 min manatlıq qızıl keçirməkdə ittiham olunan şəxslərə hökm oxunub. Tezadlar.az xatırladır ki, Cinayət işi üzrə üç nəfər – Dövlət Gömrük Komitəsinin əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimov mühakimə edilib.
İstintaq materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər 190 min manatlıq 5 ədəd qızıl külçənin qaçaqmal yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçiriblər. Təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb. Amma Aytən Əliyevanın sədrlik etdiyi hakimlər müttəhimlərin həbsdə qalmasına ehtiyac görməyib. Onlara münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhrumetmə) maddəsi təyin edilib.
P.Dursunəliyev, M.Mehdiyev və Ə.İbrahimov 10 ay sonra -bu gün məhkəmə zalından azadlığa buraxılıblar.
Bu da qızılın gizli keçirilməsinə cəhdin nəticəsi.