Bu gün-25 iyun 2025-ci il tarixdə Qarabağ Regional Mədəniyyət idarəsinə tabeli Şuşa Şəhər Mədəniyyət evi 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar “Yenilməz ordumuz” adlı tədbir keçirilib. Tezadlar.az xəbər verir ki, tədbiri giriş sözü ilə Şuşa şəhər Mədəniyyət evinin direktoru Rüstəm Əliyev açaraq,əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğundan, Milli Silahlı Qüvvələrin yaradılması istiqamətində atilmiş addımlardan, Ali Baş Komadanımızın yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq, Silahlı Qüvvələr Gününü zəfər çalan xalq kimi qeyd etməyimizdən, dövlətimizin keçdiyi şərəfli yoldan əhatəli şəkildə bəhs etdi.Daha sonra Azərbaycan Dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlardan sonra Silahı Qüvvələr Gününə həsr olunmuş musiqili kompozisiya ilə davam etdirildi.Sonda xatirə şəkilləri çəkilib.
Şuşalı günümüz mübarək!