Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 İyun 2025 / 08:39

Tovuzdakı zəhərlənmənin səbəbi müəmmalı qalır-36 NƏFƏR KÖMƏK İSTƏYİR

Xəbər verdiyimiz kiki, Tovuzda dönərdən zəhərlənən 36 şəxslərin halı pis olaraq qalır. Lakin hələ də zəhərlənmənin əsl səbəbi və səbəbkarı ortaya çıxarılmır, bu barədə “Təzadlar”a zəhərlənən şəxslərin qohumlarının yazdığı elektron məktubda bildirilir. Qeyd edilir ki, adətən dönər hazırlanır, lakin bu gün satılmayanda yenidən saxlayıb o biri gün yenidən isidirlər, bu zaman içi kiflənmiş dönər bakteriyalarla tutulur, iylənir və s.

Zəhərlənənlər isə, əsasən uşaqlar və yeniyetmələrdir. Onların bızilərinin adları da bəllidir: 2012-ci il təvəllüdlü Qədir Yusofov, 1997-ci il təvəllüdlü Səbinə Muradova, 1987-ci il təvəllüdlü Şəhanə İsmayılova, 2015-ci il təvəllüdlü Dilək Musayeva, 2005-ci il təvəllüdlü Nurəddin Məmmədov, 1991-ci il təvəllüdlü Suqra Abdullayeva, 2009-cu il təvəllüdlü Təhminə Məmmədova və 2008-ci il təvəllüdlü Məmmədəli Hacıyev və başqaları.

Maraqlıdır ki, rayon yerində ev xörəklərinə deyil, küçələrdə satılan dönərlərə meyillilik hardandır?

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!