Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

AK rəhbəri 2021-2023-cü illər üçün COVID-19 vaksinlərinin alınması ilə bağlı müqavilələr barədə məlumatı gizlədib
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen COVID-19 pandemiyası ilə bağlı qalmaqala görə etimadsızlıq səsverməsi ilə üzləşib.
Tezadlar.az bu barədə “Financial Times” qəzetinə istinadən xəbər verir.
İfrat sağçı deputatlar istefa ərizəsi təqdim etmək üçün kifayət qədər imza topladıqlarını bildiriblər.
“Səbəb Aİ məhkəməsinin fon der Leyenin əczaçılıq şirkətinin baş direktoru ilə şəxsi yazışmalarını qəbuledilməz kimi tanıyan qərarı olub”, – nəşr yazır.
İfrat sağçı partiyadan olan rumıniyalı deputat George Piperea nəşrə bildirib ki, o, təklifi iyunun 26-da rəsmən təqdim edəcək.
Bundan əvvəl fon der Leyenin “ilin siyasətçisi” kimi tanınması Avropada hiddətə səbəb olmuşdu.
Xatırladaq ki, Avropa Məhkəməsi Avropa Komissiyasının sədri Ursula fon der Leyeni 2021-ci ildən 2023-cü ilə qədər COVID-19 peyvəndlərinin alınması ilə bağlı müqavilələr haqqında məlumatların gizlədilməsinə görə məsuliyyət daşıyıb. Söhbət AK rəhbərinin Pfizer rəhbərliyi ilə milyon avro dəyərində koronavirus peyvəndinin alınması ilə bağlı şəxsi yazışmalarını dərc etməkdən imtina etməsindən gedir.
E.ŞİRİNOV