Əsas məzmuna keç

1977-ci ildə beş yaşlı qıza təcavüz edən 70 yaşlı təqaüdçü həbs edildi

Cinayəti törədən zaman onun 22 yaşı olub

1977-ci ildə beş yaşlı qıza təcavüz edən 70 yaşlı təqaüdçü Moskvada məhkəmə qarşısına çıxarılacaq.

Tezadlar.az bildirir ki, bu barədə REN TV-dəki mənbə məlumat verib.

“1977-ci ilin aprelində o vaxtkı 22 yaşlı gənc qıza təcavüz edib”, – telekanalın mənbəsi bildirib.

Azyaşlıya qarşı zorakılıq xarakterli seksual hərəkətlər maddəsi ilə cinayət işi açılıb. 1978-ci ildə təqsirkar müəyyən edilmədiyi üçün istintaq dayandırılıb.

Bu ilin may ayında hüquq-mühafizə orqanlarının əməkdaşları pedofilin şəxsiyyətini müəyyən edə biliblər. O, artıq həbs olunub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…