Əsas məzmuna keç

Yevlaxda 20 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb

Yevlaxda əməliyyatlar keçirən polis 20 kiloqram müxtəlif növ narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar qətiyyətlə davam etdirilir. Son ay ərzində keçirilən tədbirlər nəticəsində şübhəli şəxs qismində 16 nəfər saxlanılıb. Onlardan 20 kiloqrama yaxın heroin, metamfetamin, tiryək və marixuana kimi narkotik vasitələr aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin barəsində cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

RÖVŞANƏ

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…