Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyun 2025 / 12:07

Bakıdakı MTK- lar Qarabağa!

Vaxtilə, yəni Sovet hökumətinin vaxtında ölkənin bir ayağı BAM- da idi. Rusiyanın bu bölgəsini elliklə tikirdilər ki, mərkəzdə təmərküzləşmiş əhali bu yerlərə paylaşsın…

XXX

…Yolum təsadüfən Kubinka tərəfə düşüb… Birmərtəbəli evlərin yerində 16-20 mərtəbəli göydələnlər tikilir… Sovetski də elədir… Elə yolum Nəsimi, Yasamal, Nərimanov, Binəqədi… rayonlarına da düşüb dünən… MTK- lar Bakını neyləmək istəyirlər? Axşam saatları idi deyə, pəncərələrdən gələn işıqlar göstərirdi ki, tikilən evlərin ən azı 70-80 faizi satılmır, 10 ildir alınmayan mənzillər yetərincə. Bu ölü kapitallar kimə və nəyə lazımdır? Məncə, bu MTK- ların işini təcili dayandırıb göndərmək lazımdır Qarabağa… Belə olarsa, Prezident İlham Əliyevin ciddi zəhməti ilə çalışdığı kimi, keçmiş məcburi köçkünlərin Qarabağa qayıdış vaxtı ən azı 2-3 dəfə azalar, bölgə yenidən ermənilərə göz dağı olar. Bəs bunun üçün nə lazımdır?

Yeni tikilən qəsəbələri bu yaxınlarda seyr etdim. Təcrübəsiz şirkətlər yeni tikilən kəndləri düşərgələrə oxşadırlar, keçmiş tarixi ənənəsi olan obalardan, ellərdən əsər- əlamət yoxdur. Kənd kəndə, qəsəbə qəsəbəyə, şəhər şəhərə oxşamalıdır! Belə olanda adamlar da adama oxşayar…

Gəlin özümüzü özümüzə oxşadaq ki…

Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!