Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyun 2025 / 21:55

Rusiya İstintaq Komitəsi, nəhayət, hərəkətə gəldi

Nəhayət, Rusiya Federasiyası İstintaq Komitəsinin mərkəzi aparatına Sverdlovsk vilayətində ötən illərin xüsusilə ağır cinayət hesab olunan əməllər üzrə cinayət işləri ilə bağlı hesabat təqdim olunacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.Ötən illərdən başlanmış cinayət işinin istintaqı çərçivəsində Sverdlovsk vilayətində Rusiya vətəndaşları olan azərbaycanlıların hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və onlardan ikisinin ölümü ilə bağlı məlumatlar ictimai məkanda geniş yayılıb.

Rusiya İstintaq Komitəsinin rəisi Aleksandr İvanoviç Bastrıkin qurumun Sverdlovsk vilayəti üzrə rəhbəri vəzifəsini icra edən A.D.Nadbitova vəziyyətlə bağlı ətraflı hesabat təqdim etməyi tapşırıb. Qeyd olunub ki, ötən illərin əməlləri üzrə başlanmış cinayət işinin istintaqı idarənin mərkəzi aparatında nəzarətə götürülüb.

Bəli, Rusiya İstintaq Komitəsi 21 il əvvəl baş vermiş cinayət işinin izinə indi düşüb… Çox gec…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!