Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrdə iştirakda şübhəli bilinərək saxlanılan üçüncü şəxs Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib. Tezadlar.az xəbər verir ki, ona da Məzahir və Akif Səfərovlar kimi məhkəmə tərəfindən 22 günlük həbs qətimkan tədbiri seçilib. Yerli mətbuat tərəfindən məhkəmə zalından paylaşılmış videoyazıdan göründüyü kimi, Ayaz Səfərovun üzündə hematomalar var. A.Səfərov məhkəmədə qeyd edib ki, özünü təqsirli hesab etmir.
Maraqlıdır ki, məhkəmə azərbaycanlıların öldürülməsi və digərlərinə ağır xəsarətlər yetirilməsinə susub, amma 24 il əvvəl baş vermiş ölüm işinə görə indi şübhəli şəxs axtarışındadır…
A.Məmmədli